» » » İranla sərhəddə narkotik aşkar edilib

İranla sərhəddə narkotik aşkar edilib

İranla sərhəddə narkotik aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında, "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşını saxlayaraq üzərində şəxsi yoxlama aparıblar.
Ucarliyiq.biz-ın məlumatına görə, bu barədə DGK-nın mətbuat xidməti məlumat yayıb.
Yoxlama zamanı həmin şəxsin mədəsindən 23 ədəd bükümdə xalis çəkisi 81,876 qram olan narkotik vasitə - heroin, 3 ədəd bükümdə isə xalis çəkisi 5,019 qram olan metamfetamin adlı psixotrop maddə aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.