» » » Masallıda YANĞIN
Masallıda YANĞIN

Masallıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, Masallı rayonu, Ərkivan kəndində vətəndaşa məxsus "Byd-3" markalı minik avtomobilin mühərrik hissəsi yanıb.

Yanğından avtomobilin qalan hissəsi mühafizə olunub. Yanğın saat 22:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.