» » » Daşkəsəndə baş verən qasırğa evlərin damını uçurub

Daşkəsəndə baş verən qasırğa evlərin damını uçurub

Daşkəsəndə baş verən qasırğa evlərin damını uçurub

Gecə Daşkəsəndə baş verən təbii fəlakət dağıntılara səbəb olub.

Ucarliyiq.biz Kəpəz TV -yə (Region TV) istinadən xəbər verir ki, güclü küləklə müşayiət olunan qasırğa rayonda 10-dan artıq binanın və yaşayış evinin dam örtüyünü tamamilə dağıdıb.

2 saat ərzində davam edən qasırğa Daşkəsənin elektrik və rabitə təsərrüfatına da ciddi ziyan vurub. 50-dən artıq elektrik dirəyi aşıb, 500 metr məsafədə elektrik xəttləri qırılıb, rayonun Xoşbulaq kəndində ağacın aşması nəticəsində 1 avtomobilə ziyan dəyib.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayevin verdiyi məlumata görə, təbii fəlakətin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.