» » » Türkiyədə ağır QƏZA - 7 nəfər ölüb

Türkiyədə ağır QƏZA - 7 nəfər ölüb

Türkiyədə ağır QƏZA - 7 nəfər ölüb

Türkiyədə ağır yol qəzası baş verib.

Türkiyənin "Vatan" qəzetinin verdiyi məlumata görə, bu gecə Adıyaman rayonunun Gölbaşı qəsəbəsinə bağlı Karaburun kəndi yaxınlığında sərnişin avtobusu ilə mikroavtobus toqquşub.

Qəza nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılardan 5-nin durumu ağırdır.