» » » Terrorçular həbsxanaya hücum edib, 28 məhkum qaçıb

Terrorçular həbsxanaya hücum edib, 28 məhkum qaçıb

Terrorçular həbsxanaya hücum edib, 28 məhkum qaçıb

Filippində "Maute" islamçı qruplaşması ölkənin cənubundakı Maravi şəhərində həbsxanaya hücum edib.

"France-Presse" agentliyinin verdiyi məlumata görə, bir həftə əvvəl həbs edilmiş "Maute" islamçı qruplaşmasının 8 üzvü azad edilib.

Həbsxanaya hücum zamanı müxtəlif cinayət əməllərinə görə məhkum edilmiş 20 məhbus da qaçıb.

Qeyd edək ki, bundan əvvəl "Maute" islamçı qruplaşması İŞİD terrorçu qruplaşması ilə müttəfiq olduğunu bəyan edib. (apa)