» » » Külək onlarla ailəni evsiz qoydu-ŞƏKİDƏ

Külək onlarla ailəni evsiz qoydu-ŞƏKİDƏ

Külək onlarla ailəni evsiz qoydu-ŞƏKİDƏ

Gecə saatlarında şimşək və güclü küləklə müşayiət olunan yağış Şəkidə bir sıra fəsadlara yol açıb.

Kanal S (Region TV) xəbər verir ki, bundan ən çox zərər görən Şəkinin İnçə kəndi olub. Təqribən 15 dəqiqə davam edən leysan və güclü külək nəticəsində kənddə 120 evə ziyan dəyib. 40-50-yə yaxın ev isə tamamilə yararsız hala düşüb. Dam örtüyü avtomobilin üzərinə aşıb.

Kənddə 18 elektrik dirəyi aşıb, naqillər qırılıb, suyun və mavi yanacağın verilişi dayandırılıb. Küləyin təsirindən bir neçə böyük ağac da kökündən çıxaraq yollara aşıb, bir sıra avtomobillərə ziyan vurub.

İnçə kənd bələdiyyəsindən bildiriblər ki, aşmış ağaclar artıq yollardan götürülüb və avtomobillərin hərəkəti bərpa olunub. Digər problemlər isə hələlik aradan qaldırılmayıb.

Yağış və külək şəhər ərazisində də bir sıra fəsadlar törədib. Bir neçə elektrik dirəyi və ağaclar aşıb və şəhərə verilən elekrik enerjisində fasilələr yaranıb. Bundan başqa leysan nəticəsində avtomobil yollarında da bəzi çatlar əmələ gəlib.

Şəki Elektrik Şəbəsinin baş mühəndisi Eldəniz Hacıyev bildirib ki, artıq şəhər ərazisində və qonşu kəndlərdə elektrik enerjisinin verilişi qismən bərpa edilib, hazırda işlər gedir və bu gün bu problem tam olaraq aradan qaldırılacaq.