» » » Bakıda 2 yaşayış binasında YANĞIN

Bakıda 2 yaşayış binasında YANĞIN

Bakıda 2 yaşayış binasında YANĞIN

Bakı şəhərində iki yaşayış binasında yanğın hadisələri baş verib.

FHN-nin saytında verilən məlumata görə , Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər bir yanğın hadisəsi isə, Binəqədi rayonunda ümumi sahəsi 500 m2 olan ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşlara məxsus ümumi sahəsi 120 m2 olan 3 mənzil yanıb. Qalan mənzillər yanğından mühafizə olunub.

Ynğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.