» » » Lənkəranda 9 yaşlı qızı maşın vurdu

Lənkəranda 9 yaşlı qızı maşın vurdu

Lənkəranda 9 yaşlı qızı maşın vurdu

Lənkəran şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Ucarliyiq.biz-ın məlumatına görə, hadisə şəhərin "Kiçik bazar" məhəlləsində qeydə alınıb.
Belə ki, Lənkəranın Göyşaban kənd sakini 51 yaşlı Mətləb Rzayev idarə etdiyi "KIA-Sorento" markalı, 42-BR-640 dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla yolu keçmək istəyən əslən İmişli rayonundan olan, Lənkəranda kirayədə yaşayan 9 yaşlı Aysu Rafiq qızı Hüseynlini vurub. Sürücü yaralını Lənkəran Mərkəzi rayon Xəstəxanasına (RMX) çatdırıb.
Xəstəxanadan bildirilib ki, A.Hüseynli qapalı kəllə-beyin travması alıb və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.