» » » Bakıda mənzildəYANĞIN

Bakıda mənzildəYANĞIN

Bakıda mənzildəYANĞIN

Bu gün Bakı şəhəri, Xətai rayonunda 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yaşayan, vətəndaşa məxsus ümumi sahəsi 86 m2 olan 5 otaqlı mənzilin mətbəxində 1 ədəd "BEKO" markalı soyuducu, "LG" markalı paltaryuyan və mətbəx əşyaları 10 m2 sahədə, eyvanın, dəhlizin, hamamın yanar konstruksiyaları 16 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin saytında verilən xəbərə görə, yüksək temperaturdan 1 otaq 18 m2 sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.