» » » Tərtərdə maşın aşıb,1 ailənin 6 üzvü ağır yaralanıb

Tərtərdə maşın aşıb,1 ailənin 6 üzvü ağır yaralanıb

Tərtərdə maşın aşıb,1 ailənin 6 üzvü ağır yaralanıb

Tərtər rayonunda 6 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Seyidimli kəndi ərazisində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, "VAZ-21011" markalı avtomobil hərəkətdə olan zaman sürücü idarəetməni itirib və yolun kənarındakı kanala aşıb.
Hadisə nəticəsində avtomobildə olan bir ailənin 6 üzvü ağır bədən xəsarətləri alıblar. Yaralılar ətrafdakıların köməyi ilə Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.(report)