» » » Soyğunçuluq etdiyinə görə yaxalandı- QAZAXDA

Soyğunçuluq etdiyinə görə yaxalandı- QAZAXDA

Soyğunçuluq etdiyinə görə yaxalandı- QAZAXDA

Qazax şəhərində soyğunçuluq edən şəxs saxlanılıb.

Ucarliyiq.biz-ın məlumata görə, rayonun Ağköynək kənd sakini Məmməd Hacıalıyev polisə müraciət edərək bildirib ki, Qazax şəhərinin Şıxlinski küçəsində yerləşən mağazaların birindən ərzaq almaq istəyərkən naməlum şəxs onun əlindəki 200 manat pulu zorla alaraq öz avtomobili ilə ərazidən uzaqlaşıb.

Qazax rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində soyğunçuluğu törədən Ağstafa rayonunun Qarahəsənli kənd sakini, 1966-cı il təvəllüdlü Arzu İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə, A. İsgəndərov bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.