» » » Azərbaycandan qızıl aparmaq istədi - ƏLƏ KEÇDİ

Azərbaycandan qızıl aparmaq istədi - ƏLƏ KEÇDİ

Azərbaycandan qızıl aparmaq istədi - ƏLƏ KEÇDİ

Astara Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında Astara Sərhəd Nəzarət Məntəqəsinin əməkdaşları ilə birgə əməliyyat tədbiri keçiriblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Ucarliyiq.biz-a verilən məlumata görə, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin daxili orqanından narkotik vasitələr - xalis çəkisi 45,719 qram olan heroin və 5 ədəd həb şəklində olmaqla, təsiredici maddəsinin ümumi çəkisi 0,1 qram təşkil edən "Metadone" aşkar olunub.

Astara Gömrük İdarəsinin əməkdaşları digər əməliyyat məlumatı əsasında, Azərbaycandan İrana piyada gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama apararkən isə həmin şəxsin gömrük nəzarətindən gizlətdiyi və ümumi çəkisi 618,880 qram olan qızıl-zinət əşyaları və 0,984 karat qiymətli daşlar aşkar ediblər