» » » Sumqayıtda üçotaqlı mənzil YANIB

Sumqayıtda üçotaqlı mənzil YANIB

Sumqayıtda üçotaqlı mənzil YANIB

Bu gün Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 kv.m sahədə və dam örtüyü 9 kv.m (ümumi 21 kv.m) sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.