» » » 14 yaşlı oğlanı ilan sancıb

14 yaşlı oğlanı ilan sancıb

14 yaşlı oğlanı ilan sancıb

Şəkidə 14 yaşlı oğlanı ilan sancıb.

Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, avqustun 30-u günorta saatlarında Şəki rayonu Baqqal kənd sakini Rəşid Xəyal oğlu İmamhüseynov ilan sancması şikayəti ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, Rəşid İmamhüseynov ailəsi ilə birlikdə özlərinə məxsus fındıq bağında fındıq yığan zaman ilan qəfildən onun sol ayağının topuq nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rəşid İmamhüseynova lazımı tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub.
Vəziyyətinin orta-stabil olduğu bildirilir. (apa.az)