» » » Rza Zərrabdan XƏBƏR VAR

Rza Zərrabdan XƏBƏR VAR

Rza Zərrabdan XƏBƏR VAR

ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozmaqda günahlandırılaraq həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabın işinə yeni hakim baxa bilər.
Bu məqsədlə Zərrabın vəkilləri məhkəməyə müraciət edərək hakimin dəyişdirilməsini tələb ediblər.

Məhkəməyə təqdim olunan sənəddə hazırki hakim Riçard Bermanın 2014-cü ildə İstanbulda qatıldığı bir konfransda Türkiyə məhkəmələrini tənqid etdiyi, Zərrabın Türkiyədə mühakimə olunduğu məhkəmə qərarının bu səbəbdən ləğv olunduğu bildirilib.

İstanbulda keçirilən konfransa bağlı digər maraqlı məqam isə tədbir təşkilatçıları ilə bağlıdır. Aparılan araşdırma zamanı əsas təşkilatçı olan bir hüquq şirkətinin 15 iyul dövlət çevrilişində əli olduğu aydınlaşıb. FETÖ istintaqı çərçivəsində bu şirkətin rəhbər heyəti həbs edilib.

Növbəti məhkəmə prosesi sentyabrın 6-da davam edəcək.

Xatırladaq ki, Zərrab martın 19-da Mayami aeroportundan ABŞ-a girmək istəyərkən FTB agentləri tərəfindən saxlanılıb və məhkəməyə çıxarılaraq həbs edilib. İş adamı İrana qarşı tətbiq olunan ABŞ embarqosunu pozmaq, bank saxtakarlığı və çirkli pulların yuyulması cinayətlərinə görə ittiham olunur.(axar)