» » » Sentyabrın ilk günü yağış yağacaq

Sentyabrın ilk günü yağış yağacaq

Sentyabrın ilk günü yağış yağacaq

Sentyabrın ilk günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ucarliyiq.biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi gündüz güclənəcək.

Havanın temperaturunun gecə 20-24° isti, gündüz 27-30° isti, Bakıda gecə 21-23° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.