» » » Salyanda QƏZA - yaralanan var

Salyanda QƏZA - yaralanan var

Salyanda QƏZA - yaralanan var

Salyan rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Ucarliyiq.biz bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan-Neftçala avtomobil yolunun 2-ci kilometrliyində Kürqaraqaşlı kəndi ərazisindəki mərkəzi xəstəxananın qarşısında qeydə alınıb.
Belə ki, "Nissan" markalı avtomobillə "VAZ-2106" markalı avtomobilin toqquşması nəticəsində sürücülər xəsarət almasa da bir nəfər sərnişin - Cəlilabad rayonunun Alar kənd sakini, 20 yaşlı Ehtiram Vəfadar oğlu Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra, o, travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.