» » » Sürücü 12 yaşlı uşağı vurub qaçdı-AXTARIŞDADIR

Sürücü 12 yaşlı uşağı vurub qaçdı-AXTARIŞDADIR

Sürücü 12 yaşlı uşağı vurub qaçdı-AXTARIŞDADIR

Lənkəran rayonunda 12 yaşlı velosipedçi naməlum avtomobil tərəfindən vurulub.

Ağır bədən xəsarətləri alan 2004-cü il təvəllüdlü Axundzadə Əbdülhəsən Cavid oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə Zərifə Əliyeva və Mirhaşım Ağayev küçələrinin kəsişməsində baş verib. Zərifə Əliyeva, 52 ünvanında yaşayan uşaq, zərbənin gücündən bir neçə metr aralıda hasara çırpılıb.

Hazırda sürücünün tapılması istiqamətində əməliyyat tədbirləri görülür. ("Report")