» » » Uşağı sahibsiz it dişlədi-ŞƏKİDƏ

Uşağı sahibsiz it dişlədi-ŞƏKİDƏ

Uşağı sahibsiz it dişlədi-ŞƏKİDƏ

Şəkidə azyaşlını sahibsiz it dişləyib.

Mərkəzi Rayon Xəstəxanasından (RMX) verilən məlumata görə, avqustun 31-i saat 21 radələrində rayonun Göybulaq kənd sakini 2007-ci il təvəllüdlü Azər Arif oğlu Məhərrəmov it dişləməsi şikayəti ilə xəstəxanaya daxil olub. Məlum olub ki, Azər Məhhərəmov yaşadığı kəndin inzibati ərazisində otlayan xırdabuynuzlu heyvanları evə gətirərkən sahibsiz itin hücumuna məruz qalıb. Azər Məhərrəmova lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.(azxeber)