» » » Kafede yeyib-içdilər sonra rəfiqəsini bıçaqladı-BAKIDA

Kafede yeyib-içdilər sonra rəfiqəsini bıçaqladı-BAKIDA

Kafede yeyib-içdilər sonra rəfiqəsini bıçaqladı-BAKIDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Aygün Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ucarliyiq.biz-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Quliyeva 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il Bakı şəhərində baş verib. Paytaxt sakini 1981-ci il təvəllüdlü A.Quliyeva tanışı ilə birlikdə kafede yeyib-içəndən sonra dava ediblər. Nəticədə A.Quliyeva bıçağa əl atıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra A.Quliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.