» » » Daha bir nəfər özünü Xəzərə atdı

Daha bir nəfər özünü Xəzərə atdı

Daha bir nəfər özünü Xəzərə atdı

Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar edib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədiylə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə olunan və şəxsiyyəti məlum olmayan vətəndaşın cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:25-də başa çatıb.

Qeyd dək ki, bu gün saat 11.30 radələrində də Dənizkənarı Milli Parkda şəxsiyyəti məlum olmayan bir qadın özünü dənizə atıb. Hadisə yerindəki şəxslərin köməyi ilə qadın sudan çıxarılıb.(azxeber)