» » » Quba-Xınalıq yolunda FACİƏ kəndlərlə əlaqə kəsildi

Quba-Xınalıq yolunda FACİƏ kəndlərlə əlaqə kəsildi

Quba-Xınalıq yolunda FACİƏ kəndlərlə əlaqə kəsildi

Ötən gün axşam saatlarında Quba rayonunda yağan güclü yağış bir sıra fəsadlar törədib.

Ucarliyiq.biz-ın məlumatına görə, Quba-Xınalıq yolunun 29-cu km-də körpü qəzalı vəziyyətə düşüb. Yolda avtomobillərin hərəkəti dayanıb. Ətrafdakı 7 kəndlə əlaqə kəsilib.

Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Yusif Abidovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, güclü sel rayonun digər kəndlərində də fəsadlar törədib. Qonaqkənd, Cimi, Utuq kəndlərində evləri su basıb. Bəzi kəndlərdə işıq dirəklərini su aparıb və elektrik enerjisinin verilişində problemlər yaranıb.
Dəyən ziyanının araşdırılması və aradan qaldırılması üçün işlər davam etdirilir.(apa)