» » » İnanırıq ki, dövlət bu işi həll edəcək - Vahid Mustafayev

İnanırıq ki, dövlət bu işi həll edəcək - Vahid Mustafayev

İnanırıq ki, dövlət bu işi həll edəcək - Vahid Mustafayev

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə "ANS ÇM Yayım və Media" Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı məhkəmə prosesi keçirilib.

Ucarliyiq.biz-ın məlumatına görə, prosesdə "ANS Şirkətlər Qrupu"nun prezidenti Vahid Mustafayev və onun vitse-prezidenti Mirşahin Ağayev iştirak edib.

İclasda ANS-in nümayəndəsi Raquf Mustafayev çıxış edib. O, şirkətin 1000 nəfər əməkdaşının işsiz qaldığını və hazırda əmək haqqı ala bilmədiklərini deyib: "Məhkəmədən qərardad qaldırmağınızı tələb edirəm. Xahiş edirəm ki, ANS ÇM-in lisenziyası bərpa olunsun".

Hakim bildirib ki, vəsatətə növbəti prosesdə baxılacaq.

Vahid Mustafayev çıxışında deyib ki, polislər radioya zorla gəlib: "Hazırda ora xadimələr belə girə bilmirlər. Sizdən ANS ÇM-in bərpa olunmasını xahiş edirəm".

Daha sonra Sevda Məhərrəmova vəsatətlərlə çıxış edib

Onun sözlərinə görə, daha əvvəl ANS ÇM-in reklam şirkəti olan "ANS Comers" ilə aralarında müqavilə bağlanıb: "Radio da bağlanandan sonra ANS ÇM-ə maddi ziyan dəyib. Məhkəmədən "ANS Comers" şirkətini və "ANS Şirkətlər Qrupu"nu üçüncü şəxs qismində işə cəlb olunması istəyirik".

Vəsatət təmin edilməyib.

V.Mustafayev qeyd edib ki, şirkəti Azərbaycana bir neçə xarici şirkət cəlb edib: "Hamı bizə inanır. Hazırda biz onlara izahat verməliyik. İnanırıq ki, dövlət bu işi həll edəcək. Bizə MTRŞ deyirdi ki, "sizdə qanun pozuntuları var idi". Bəs niyə əvvəlcədən bu barədə məlumat verilməmişdi?"

MTRŞ ANS ÇM-in iddiasına etiraz edib.

Məhkəmənin növbəti prosesi sentyabrın 6-na təyin edilib.(azvision.az)