» » » 41 mindən çox siqaret AŞKARLANDI

41 mindən çox siqaret AŞKARLANDI

41 mindən çox siqaret AŞKARLANDI

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları son günlərdə 4 fakt üzrə, aksiz markası ilə markalanmayan, ümumilikdə 41 200 ədəd siqaret aşkar edib.
Bu barədə Ucarliyiq.biz-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə tütün məmulatlarının qanunsuz yolla Bakı şəhərinə gətirilməsi barədə daxil olmuş məlumatlara əsasən, Naxçıvan-Bakı aviareysilə ayrı-ayrı vaxtlarda gələn üç Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Həmin şəxslər gömrük əməkdaşları tərəfindən saxlanılaraq onlara məxsus yüklər yoxlanılıb. Yoxlama zamanı, sözügedən vətəndaşlardan ümumilikdə 3 600 ədəd "Marlboro Filter Plus", 8 800 ədəd "Parliament Super Slims", 10 000 ədəd "Kent Nanotek 2.0" və 12 400 ədəd "Parliament Aqua Blue" markalı siqaretlər aşkar olunub.
Eyni məlumat əsasında, daha bir Azərbaycan vətəndaşı isə sərnişinləri qarşılayarkən nəzarətə götürülüb. Həmin şəxs Naxçıvan-Bakı aviareysilə gələn sərnişinlərdən malları qəbul edib hava limanının dayanacağındakı taksi avtomobilinə yığarkən, gömrük əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı, avtomobilin yük yerindəki iki ədəd sellofan paketdən Azərbaycanın aksiz markası ilə markalanmayan 6 400 ədəd "Parliament Aqua Blue" markalı siqaret aşkar olunub.
Bütün faktlarla bağlı araşdırma aparılır.