» » » BİABIRÇILIQ ! Azərbaycanlı qızlar özlərini ərəblərə SATIR - VİDEO

BİABIRÇILIQ ! Azərbaycanlı qızlar özlərini ərəblərə SATIR - VİDEO

BİABIRÇILIQ ! Azərbaycanlı qızlar özlərini ərəblərə SATIR - VİDEO

Bakının mərkəzi küçəsi olan Nizami küçəsində biabırçılıq adi hala çevrilib.

Bakını sakini Murad Qurbanov "Tarqovı" kimi tanınan küçədə ərəb turistlərlə bar qızlarının dialoqundan bəhs edib.

Şikayətçi deyir ki, Bakının mərkəzində hər axşam açıq şəkildə fahişə alveri yaşanır: "Bu gün "Tarqovı"da gördüklərim məni şoka saldı. Mən əvvəllər bu mənzərəni xarici ölkələrdə görürdüm və ölkəmizə şükür edirdim. Amma artıq bu hal bizə də gəlib çıxdı. Belə ki, bu gün şəhərdə iki mini yubkalı qız və bir oğlan ərəb turist ovuna çıxmışdılar. Belə ki, qızlar küçəylə hərəkət edir, oğlan isə onların arxasınca gəlirdi. Ərəblər bu qızlara yaxınlaşan kimi oğlan da gəldi və başladı tərcüməçilik etməyə. O qızların 100 avro qarşılığında otelə gedəcəyini və onlarla yatacağını dedin. İnanın ki, bu hal məni şoka saldı, o qədər utandım ki, birbaşa həmin ərazini tərk etdim."

Şikayətçi deyir ki, bu qızlar xarici görkəmcə bar qızlarını xatırladır və şəhərdə cüt-cüt gəzirlər və yalnız ərəb turistlərə göz-qaş edirlər: "Bu qızlar yaxınlığdakı barlarda işləyən qızlardı və axşam olan kimi düşürlər "Tarqovı"nın canına və ərəblərə ilişirlər. İş o yerə çatıb ki, artıq turistlər "Tarqovı"ya fahişəylə tanış olmaq məkanı kimi baxırlar, mən millətim adına çox utanıram. Əvvəllər belə şeyləri xaricdə görərdik, mənə ən çox təsir edən isə o qızların fahişələyi yox, azərbaycanlı oğlanın onlara ərəb düzəltməsi oldu.

Murad Qurbanov həmin ərazidə təhlükəsizliyi qoruan polislərdən də şikayət edib: "Mən anlamıram, necə olur ki, polislər bu halı görmür? Normal halda adi bir səs çıxaran kimi həmin əraziyə toplaşan polislər sanki fahişələrin müdafiəçisinə çevrilib. Mən bilirəm ki, Daxili İşlər Nazirliyə və İnsan Alverinə qarşı Mübarizə İdarəsi bu hallara qarşı çox həssasdır və lazımi tədbirlər görür. Sizdən rica edirəm ki, bu biabırçılığa son qoyulsun. Ya ölkədə fahişəlik leqallaşdırılsın, ya da bu bar qızları "Tarqovı"dan rədd olsun. Camaatın anası-bacısı var.

Məsələylə bağlı adıçəkilən ərazidə olub və polislərdən biri əməkdaşımızla söhbətində deyib ki, "əgər şikayət halı olarsa, bununla bağlı mütləq tədbir görüləcək".

Əməkdaşımız eyni zamanda qızlarla turistlərin dialoqunu da lentə alıb.(azxeber)

Həmin anları təqdim edirik: