» » » Turist köməksiz qaldı-Nazirlik işə QARIŞDI

Turist köməksiz qaldı-Nazirlik işə QARIŞDI

Turist köməksiz qaldı-Nazirlik işə QARIŞDI

Quba rayonunun Xınalıq kəndinə gələn turist dağlıq ərazidə köməksiz qalıb.

Ucarliyiq.biz-ın verdiyi məlumata görə, şimal bölgəsinə yağan güclü yağış nəticəsində kəndə gələn yolu sel apardığından Rusiya vətəndaşı, 1978-ci il təvəllüdlü Kliçko Svetlana Yevgenyevnanın qayıtması mümkünsüz olub.

Onun ərazidən götürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin helikopteri cəlb olunub.

Hazırda xilasetmə əməliyyatı davam etdirilir.