» » » Arvadına görə QAYNINI BIÇAQLADI

Arvadına görə QAYNINI BIÇAQLADI

Arvadına görə QAYNINI BIÇAQLADI

Göyçay rayonunda qohumlar arasında baş verən dava bıçaqlanma ilə nəticələnib.

Ucarliyiq.biz bildirir ki, Bığır kənd sakini, 1962-ci il təvəllüdlü Rəsulov Rakif Xeyrəddin oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həmkəndlisi olan qaynı, 1973-cü il təvəllüdlü Nəbiyev Alim Nadir oğlunu bıçaqlayıb.

Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Alim Nəbiyevə təcili tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

Məlumata görə, Rakif Rəsulovla həyat yoldaşı arasında ailə münaqişəsi baş verib və qadın atası evinə gedib. Rakif Rəsulov həyat yoldaşının ardınca gedərək qaynını bıçaqlayıb.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)