» » » DƏHŞƏT- Balakəndə QƏZA ÖLÜM var

DƏHŞƏT- Balakəndə QƏZA ÖLÜM var

DƏHŞƏT- Balakəndə QƏZA ÖLÜM var

Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Ucarliyiq.biz-ın məlumatına görə, sentyabrın 3-dən 4-ə keçən gecə rayonun Qazma kənd sakini, 1986-cı il təvəllüdlü Elnar Xalahacı oğlu Xanlayev avtomobil vurması nəticəsində aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olub.

Həkimlərin səyinə baxmayaraq 30 yaşlı Elnar Xanlayevin həyatını xilas etmək mümkün olmayıb. Elnar Xanlayev bu gün səhər saat 06 radələrində xəstəxanada keçinib.

Balakən rayon Polis Şöbəsindən bildirilib ki, rayonun Tülü kənd sakini 1964-cü il təvəllüdlü Elxan Yunus oğlu Yunusof idarəetdiyi "VAZ 21010" markalı 08 BD 673 dövlət nömrə nişanlı avtomobillə Qazma kəndi ərazisində hərəkətdə olarkən yolu keşmək istəyən piyada Elnar Xanlayevi vurub.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır. (APA)