» » » Göyçayda QƏZA-yaralı var

Göyçayda QƏZA-yaralı var

Göyçayda QƏZA-yaralı var

Göyçay rayonunda iki nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.

Ucarliyiq.biz bildirir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun 2-ci kilometrliyində, Potu kəndi ərazisində qeydə alınıb.

"Mersedes" və "VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində Potu kənd sakinləri 1992-ci il təvəllüdlü Məmmədov Elnur Eyvaz oğlu və 1993-cü il təvəllüdlü Hacıyev Emil Eldəniz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.