» » » 77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ

77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ

77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

SonXebe.az bildirir ki, Binəqədi rayon Polis İdarəsinin yaydığı məlumata görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. Abşeron rayon sakini Ramil Şükürov idarə etdiyi "Chevrolet" markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini, 77 yaşlı Musa Musayevi vurub. Piyada aldığı xəsarətydən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.(apa)