» » » Lənkəranskinin yaşadığını sübut edən FOTO

Lənkəranskinin yaşadığını sübut edən FOTO

Lənkəranskinin yaşadığını sübut edən FOTO

Avqustun 18-də Türkiyədə güllələnərək öldürülən azərbaycanlı avtoritet Rövşən Lənkəraniskinin sağ olmasına dair yeni xəbərlər yayılıb.

Sosial şəbəkə istifadəçisi Aynur Zeynalova adlı istifadəçinin yaydığı məlumatda Lənkəranskinin xəstəxanadan yayılan fotosunun ona məxsus olmadığı deyilir.

Məlumata görə, Lənkəraniskinin olduğu deyilən foto əslində, 2008-ci ilin 9 fevral tarixində Qəzzada yaralanmış bir nəfərin fotosudur.

Qeyd edək ki, Rövşən Lənkəraniskinin xəstəxanadan çəkilmiş fotosunun əsli İsrail Müdafiə Nazirliyinin 2008-ci ildə yaydığı xəbərdə yer alıb. Həmin fotodakı şəxs Həmasın Qəzza zolağında Kassam traketi atması ilə yaralanan Rami Tvitodur.

O, səkkiz yaşlı qardaşı Osher Tvito ilə həmin vaxt küçədə gəzirmiş və raket düşərkən yaralanıb. Rami Tvitonun 19 yaşında olduğu deyilir.

Bu fotodan aydın olur ki, R. Lənkəraniskiyə məxsus olduğu deyilən foto əslində, 2008-ci ildə çəkilib. Bu isə Lənkəraniskinin yaşadığına dair ehtimalları artırır.(publika.az)