» » » Bakıda ev külə döndü-xəsarət alan var

Bakıda ev külə döndü-xəsarət alan var

Bakıda ev külə döndü-xəsarət alan var

Bu gecə Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 112 m² olan ikimərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Ucarliyiq.biz Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.