» » » Quldurluq etdi, sikayəti təmin edilmədi-MƏHKƏMƏDƏN

Quldurluq etdi, sikayəti təmin edilmədi-MƏHKƏMƏDƏN

Quldurluq etdi, sikayəti təmin edilmədi-MƏHKƏMƏDƏN

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmaqda və quldurluqda təqsirləndirilən Zamiq Paşayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb

Ucarliyiq.biz-ın məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Z.Paşayevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Z.Paşayev ötən ilin sentyabr ayının 8-də İbrahim Həmidlinin 85 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə ələ keçirməkdə şübhəli bilinib. Bundan başqa, o, İ.Həmidliyə qarşı qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirli bilinib.

Z.Paşayev Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

O, Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham olunub.

Bu il iyul ayının 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Paşayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.