» » » Lənkəranski öz dəfnində iştirak edib - ŞOK İDDİA

Lənkəranski öz dəfnində iştirak edib - ŞOK İDDİA

Lənkəranski öz dəfnində iştirak edib - ŞOK İDDİA

Lənkəranda "Polad Ələmdar" mistikası hələ də müzakirə olunur. Avqustun 18-də heç kimin ağlına gətirmədiyi mif ağız-ağız dolaşır.

24saat.org-un əməkdaşı da Lənkəranda olarkən "Polad Ələmdar" məsələsini araşdırmağa çalışıb.

…Avqustun 18-də nüfuzlu qanuni oğru Rövşən Canıyev (Lənkəranski) izdihamla dəfn olundu. Bütün dünya, ölkə, doğulduğu "Kiçik bazar" məhəlləsi Rövşənin qətlindən danışırdı.

Hər kəs dərin hüzn və kədər içərisində məşhur avtoritetin ölümünə heyfslənirdi. Mərhumun üç mərasimindən sonra isə sanki Lənkəranda "qurbağa gölünə daş atdılar".

El arasında mif yaymağa başladılar ki, Lənkəranski sağdır, öldürülməyib, kriminal aləmdəki həyatdan yorulub, ailəsi ilə rahat ömrünü sürmək üçün sui-qəsd tamaşası hazırlanıb, hamı da buna inandırılıb.

Sonra da "Polad Ələmdar" kimi zahiri görünüşünü dəyişib və gözdən iraq bir yerdə həyatını davam edir. Bu iddiaları gücləndirən səbəblər pıçıltı ilə sürətlə yayıldı.

Əvvəlcə reanimasiyadakı fotonun Qəzzada yaralanan hərbçiyə aid olması üzə çıxdı, sonra məzarının üstünün betonlanması xəbəri tirajlandı, ardınca bildirildi ki, güllələndiyi maşında qan izi olmayıb.

Bu pıçıltı ilə danışılan şayiələrdən əslində, hamı sevincək olub. Lənkəranlılar danışırlar ki, Rövşən təki yaşasın, ailəsinin başında olsun, eybi yox, gizli saxlanılsın, amma sağ-salamat olsun, kriminal dünyadan uzaqlaşsın. Eləcə də bu söz-söhbətlər pıçıltı ilə ailəsinin də qulağına çatıb.

***
Lənkəranskinin dəfn olunduğu günün gecəsi sirr dolu bir hadisə yaşanıbmış. Gecə saat 2 radələrində Lənkəran hava limanına vertolyot eniş edib.

Şəhər camaatı danışır ki, vertolyotdan enən şəxs saqqalı-bığlı, gözündə eynək, başında kepka olan biri imiş.

Deyilənə görə, həmin şəxs Lənkəranskinin ata evinə baş çəkib. Burada 2 saat olduqdan sonra şəhəri tərk edib.

Elə "Polad Ələmdar" mistikası da bu məsələdən qaynaqlanıb. Əhali arasında gəzən şayiələrə görə, görkəmini dəyişərək gələn bu adam Lənkəranskinin özü olub.

Guya dəfn olunduğu günün gecəsi ailəsinə "baş çəkərək" Lənkərandan gedib. Bu söhbət haqda Canıyevlər ailəsi də xəbərdardır. Amma matəm içində olan ailədən bu iddialara reaksiya gözləməyin özü mənəviyyatsızlıqdır.

Yalnız Rövşənin çox yaxın qohumu yaxın çevrəsinə ironiya ilə cavab verib. 24saat.org saytının əməkdaşı onun dediklərini xəbər verir: "Nə oldu, indi də Rövşəni Polad Ələmdar çıxardılar? Bu nə söhbətdir, belə bir uydurmanı necə dilə gətirə bilirlər?

Heç yaraşmır nə Rövşənin ad-sanına, nə də Lənkəranda bu şayiələri yayanlara. Ayıbdır, hörmətlə son mənzilə yola salınıb, indi ruhuna hörmətsizlik etməsinlər. Başa düşürəm, həmişə tanınmış bir adam barədə hərə bir söz danışır.

Hamı da istəyir ki, Rövşən sağ olsun. Bəlkə də təskinlik tapmaq üçün "Polad Ələmdar" şayiəsini yayıblar. Onun dəfninə gələn adamların içində elələri var idi ki, bəlkə heç qohumunun yas məclisinə gedib çata bilməyib. Ancaq Rövşənə görə hər şeyi yarımçıq qoyub gəlmişdilər. Bax, belə hörmətli oğlan olub.

Ona görə də Rövşən haqda qoy yaxşı söhbətləri danışsınlar. Nə qədər insana yaxşılıq etmiş oğlana qarşı belə nağıllar, rəvayətlər qoşmaq olmaz. Ola bilər ki, kimsə hansısa nüansı çürüyü çıxana kimi eşələyir. Ancaq bu sözləri ağız-ağız gəzdirmək bizə yaraşmaz".

***

Lənkəranskinin 40 mərasimindən sonra ailəsinin Bakıya köçəcəyi deyilir. Böyük oğlu Rafiq Canıyev paytaxt məktəblərindən birində 7-ci sinifə gedəcək. Buna qədər balaca Rafiq şəhərin 4 saylı məktəbində təhsil alırdı.

Sentyabrın 18-də Lənkəranskinin qətlinin bir ayı tamam olur. Həmin gün Lənkəran camaatının onun məzarını ziyarət edəcəyi gözlənilir. Əslində, elə hər gün mərhumun məzarına ziyarətə gələnlər var. Xalq onu bir gün belə unutmur…(publika)

Lənkəranski öz dəfnində iştirak edib - ŞOK İDDİA
Lənkəranski öz dəfnində iştirak edib - ŞOK İDDİA