» » » Tağı Əhmədov jurnalisti hədələdi- "SƏN KİMSƏN MƏNİ YIĞMISAN"

Tağı Əhmədov jurnalisti hədələdi- "SƏN KİMSƏN MƏNİ YIĞMISAN"

Tağı Əhmədov jurnalisti hədələdi- "SƏN KİMSƏN MƏNİ YIĞMISAN"

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarovun "Bakı Metropoliteni" sabiq sədri Tağı Əhmədovdan 3 milyon manatı necə almasının detalları ilə bağlı saytımızda ötən gün məlumat vermişdik.

Verilən məlumatda sabiq metropoliten şefinin istintaq orqanlarına ifadə verdiyi bildirilirdi.
Ucarliyiq.biz bildirir ki, yayılan məlumatla bağlı Bizimyol.info saytının əməkdaşı sabiq metropoliten şefi, hazırda Yasamal Rayon YAP-ın sədri vəzifəsində olan Tağı Əhmədovla əlaqə saxlayıb.

O məsələ ilə bağlı saytımıza etiraz edərək sərt danışıb. "Sən kimsən mənə zəng vurmusan? Mənə zəng etməyin. Hansı məsələlərlə bağlı danışmalıyam. Heç nə danışan deyiləm. Hardan çıxır bu məlumatlar, hardan alınıb yazılır. Hansı sayt nə yazır,özü bilər. Ümumiyyətlə, bu barədə danışmaq istəmirəm.Yayılan məlumatlar əsassızdır.