» » » Nardaranda saxlanılan Anar Mahmudovdan POLİSƏ ETİRAZ

Nardaranda saxlanılan Anar Mahmudovdan POLİSƏ ETİRAZ

Nardaranda saxlanılan Anar Mahmudovdan POLİSƏ ETİRAZ

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş şefi Eldar Mahmudov vəzifədən çıxarılandan sonra onun ailə üzvlərindən bəzilərinin xaricə qaçması haqda məlumatlar yayılmışdı. Belə ehtimallar vardı ki, qaçanlardan biri də keçmiş nazirin oğlu Anar Mahmudov olub. Bugünlərdə isə məlum oldu ki, ölkədən gedən Anar Mahmudovun həyat yoldaşı Aida Mahmudovadır.

Ucarliyiq.biz musavat.com-a istinadən xəbər verir ki, Beynəlxalq Bankın hazırda həbsdə olan sabiq prezidenti Cahangir Hacıyevin qızı olan A.Mahmudova indi Londondadır.

O, orada anası Zamirə Hacıyevaya ilə birgə yaşayır. Hər iki xanım "Beynəlxalq Bank işi" üzrə dindirilməyə çağırılıb və istintaqa gəlməkdən imtina edib. Hacıyevlərin kürəkəni, Eldar Mahmudovun oğlu isə Azərbaycandadır. Onu bir neçə gün əvvəl Bakının Nardaran qəsəbəsində keçirilən reyd zamanı saxlayıblar.

Anar Mahmudov narazı halda reyddə iştirak edən polislərdən saxlanılmasının səbəbini soruşub. Ona bir daha reyd keçirildiyini bildirəndə isə polislərə irad tutub, özünün sıradan biri olmadığına işarə vurub. 33 bahalı maşına sahib olan, maşınlarının nömrə nişanları 009-la bitən A.Mahmudov polislərin onu tanımamasına etiraz edib. Onun sözlərindən belə çıxıb ki, polislər onu mütləq şəkildə tanımalı, reyd olsa belə saxlamalı deyilmişlər...

Polislər Nardarandakı reydlərin məlum əməliyyatların davamı olduğunu və ölkə rəhbərliyinin tapşırığı əsasında keçirildiyini Anar Mahmudova bildirəndən sonra keçmiş nazirin oğlu narazı halda maşına minərək yoluna davam edib.

A.Mahmudov atasının nazirliyi dövründə "Caspian Crystal Holding"də birləşən ailə biznesini idarə edirdi. Bundan əlavə, yayılan məlumatda bildirilir ki, Eldar Mahmudovun oğlu Şamaxı rayonunda yüz hektarlarla torpaq sahəsini də ələ keçirib. Belə ki, Şamaxı bələdiyyəsinin mülkiyyətində olan 205 hektar torpaq sahəsi Anar Mahmudovun rəhbərlik etdiyi "Kometa-T" MMC şirkətinin adına rəsmiləşdirilib