» » » DƏHŞƏT! - Su quyusuna düşüb boğuldular

DƏHŞƏT! - Su quyusuna düşüb boğuldular

DƏHŞƏT! - Su quyusuna düşüb boğuldular

Bakıda iki nəfər su quyusuna düşərək boğulub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Ucarliyiq.biz-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda, dərinliyi təxminən 20 m olan su quyusuna 2 nəfərin düşməsi və orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1974-cü il təvəllüdlü İbrahimov Elşad Arif oğlunun və 1961-ci il təvəllüdlü Doktorov Anatoliy Dmitriyeviçin cəsədlərini su quyusundan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 14:33-də başa çatıb.