» » » Arvadı ilə dalaşıb özünü bıçaqladı-Sumqayıtda DƏHŞƏT

Arvadı ilə dalaşıb özünü bıçaqladı-Sumqayıtda DƏHŞƏT

Arvadı ilə dalaşıb özünü bıçaqladı-Sumqayıtda DƏHŞƏT

Sumqayıtda ölüm hadisəsi baş verib.

Ucarliyiq.biz bildirir ki, Sumqayıt şəhər Prokurorluqdan verilən məlumata görə, ötən gecə saat 02.30 radələrində şəhər sakini, 1984-cü il təvəllüdlü Namiq Mahiyəddin oğlu Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına daxil olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb N. Məmmədov aldığı xəsarətdən ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar təyin edilib, digər zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.(apa)