» » » Bakıda qardaş qardaşı bıçaqlayıb

Bakıda qardaş qardaşı bıçaqlayıb

Bakıda qardaş qardaşı bıçaqlayıb

Bakı Apellyasiya Məhkəməsində qardaşının qətlində təqsirləndirilən Elxan Həbibovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

İlkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası sentyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, ötən il dekabrın 25-də Nərimanov rayonu ərazisində paytaxt sakini, əvvəllər məhkum olunmuş E. Həbibov ailə-məişət münaqişəsi zəminində qardaşı, əvvəllər məhkum olunmuş Əbülfətə bıçaqla xəsarət yetirib. Əbülfət xəstəxanaya aparılarkən yolda ölüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Həbibov 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E. Həbibov apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.