» » » Yeraltı keçidə aşan "Range Rover"ə 8 minlik "CƏRİMƏ"-FOTO

Yeraltı keçidə aşan "Range Rover"ə 8 minlik "CƏRİMƏ"-FOTO

Yeraltı keçidə aşan "Range Rover"ə 8 minlik "CƏRİMƏ"-FOTO

Bakıda dünən axşam "Range Rover Vogue" markalı avtomobilin qəza törədərək yeraltı piyada keçidinin içinə düşməsi nəticəsində yol təsərrüfatına dəymiş ziyanın məbləği müəyyənləşib.

"Azəravtoyol" ASC-dən Ucarliyiq.biz-a verilən məlumata görə, Neftçilər prospektində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında baş vermiş qəza nəticəsində yol təsərrüfatına ilkin hesablamalara görə 8000 manat ziyan dəyib.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.

Bakının mərkəzində ağır qəza baş verib. Hadisə dünən gecə saatlarında, Neftçilər prospektində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında baş verib.

Belə ki, "Range Rover Vogue" markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili aşırdıb. Qəza nəticəsində avtonəqiyyat vasitəsi yeraltı piyada keçidinin içinə düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobilin aşması nəticəsində üç nəfər ciddi xəsarət alıb. (oxu.az)

İlkin məlumata görə, yol-nəqliyyat hadisəsinin başvermə səbəbi sürücünün avtomobili yüksək sürətlə idarə etməsi olub