» » » Bıçaqlamağa görə 6 il həbs CƏZASI aldı

Bıçaqlamağa görə 6 il həbs CƏZASI aldı

Bıçaqlamağa görə 6 il həbs CƏZASI aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Elşad Həsənlinin məhkəmə prosesi başa çatıb. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Ucarliyiq.biz bildirir ki, hakimlər kolegiyasın hökmü ilə E.Həsənli barəsində irəli sürülən Cinayət Məcəlləsinin (CM) 128-ci maddəsinə bəraət verilib, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə isə təqsirli bilinərək, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında E.Həsənlinin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hadisə ötən ilin oktyabrın 12-də Xarici Dairəvi küçəsində baş verib. Bakı şəhər sakini Azər İsayevə bıçaq xəsarəti yetirilməsi ilə bağlı Samux rayon sakini, 1992-ci il təvəllüdlü E.Həsənli həbs edilərək istintaqa cəlb edilib edilib. O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham olunurdu.(bizmyolinfo)