» » » Təcridxanada doğan ananın körpəsini oğurladılar-BAKIDA

Təcridxanada doğan ananın körpəsini oğurladılar-BAKIDA

Təcridxanada doğan ananın körpəsini oğurladılar-BAKIDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə "Bakı Taxıl Terminalı" MMC-nin direktoru Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli biliblər.

Təqsirləndirilən şəxs Ehtiram Həsənov istintaqa verdiyi ifadəni təsdiqləyərək bildirib ki, cinayəti və planları o qurub.

Digər təqsirləndirilən şəxs Mübariz Əliyev Mahurə Hüseynovanın keçmiş həyat yoldaşı olduğunu bildirib: "Qətlə yetirilən Qalib Bağırovun evinə oğurluğa girmişdik, rəhmətlik Ehtiramı tanıdı, məcbur olub öldürdük. İstintaqa ifadəmi təsdiqləyirəm".

Təqsirləndiriləndən Mahurə Hüseynova qətlə yetirilən Qalib Bağırovun evinə təmizliyə getdiyini bildirib: "Təmizliyə gedirdim. Tez-tez mənə zəng edib çağırırdı. Ehtiram vəziyyətdən xəbər tutmuşdu. Qabilin evinə oğurluğa gedəcəkdi. Məni qızımla hədələdi, razılaşdım. Biz danışdıq. Vəzifəm Qabili evdən çıxartmaq idi. Bunlar da evə girib soyacacaqdı. Axşam tərəfi getdik. Mən işimi gördüm. Mübarizlə Ehtiram evə girdi. Mən evdən 500-1000 metr aralıda maşında gözlədim. Gecəni gəlmədilər. Səhər açıldı. Bunlar gəldilər. Maşında mübahisə düşdü. O zaman anladım ki, Qalibi öldürüblər".

Prosesdə ifadə verən mərhum Qalib Bağırovun qardaşı Elşən Bağırov təqsirləndirilən şəxslərə ən ağır cəza istəyib.

Prosesdə ifadə verən zərərçəkmiş Ruhiyyə Əkbərova bildirib ki, Mahurə Hüseynova onun evində xidmətçi çalışıb. Onun vasitəsi ilə Ehtirama 10.200 manat pul verib ki, oğlunu Türkiyədəki universitetə düzəltsin.

Digər zərərçəkən Mətanət Əkbərova da Ehtirama oğlunu universitetə düzəltməyə görə 5 min dollar pul verdiyini deyib.

Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan Mahnurə Hüseynova uşaq dünyaya gətirib.

Mahnurə Hüseynova məhkəməyə müraciət edərək polis əməkdaşları tərəfindən saxlanılarkən hamilə olduğunu deyib: "Mən türmədə uşaq dünyaya gətirdim, oğlan idi. Atası da Ehtiram Həsənovdur. Körpəmi türmədə yoxa çıxartdılar, nə ölüsü bilinir, nə dirisi. Uşağımı oğurladılar, mənə də heç nə demirlər".

Hakim bildirib ki, bununla bağlı prokurorluğa müraciət edilməlidir. M.Hüseynova deyib ki, prokurorluğa etdiyi şikayət də nəticəsiz qalıb.

Prosesdə daha bir neçə şəxs şahid qismində dindirilib.

Məhkəmə istintaqı başa çatıb. Porkuror çıxış üçün vaxt istəyib. Məhkəmə sentyabrın 16-da davam edəcək.(milli)