» » » FACİƏ ! 63 yaşlı qadın evində yanaraq ölüb

FACİƏ ! 63 yaşlı qadın evində yanaraq ölüb

FACİƏ ! 63 yaşlı qadın evində yanaraq ölüb

Səhər saatlarında Xaçmazın Yataqoba kəndində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, nəticədə vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 105 m2 sahədə, 2-ci mərtəbəsində iki otağının yanar konstruksiyaları və ev əşyaları 52 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1953-cü il təvəllüdlü Nərgiz Ələsgər qızı Əsgərovanın yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.