» » » Türkiyəyə gəzməyə getdi - ÇİMƏRLİKDƏ BOĞULDU

Türkiyəyə gəzməyə getdi - ÇİMƏRLİKDƏ BOĞULDU

Türkiyəyə gəzməyə getdi - ÇİMƏRLİKDƏ BOĞULDU

Türkiyədə 62 yaşlı Azərbaycan vətəndaşı çimərlikdə boğulub.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sentyabrın 10-da Antalyanın Konyaaltı qəsəbəsinin Sarısu Mesire bölgəsindəki çimərlikdə 62 yaşlı Fənah Əhmədov boğularaq həyatını itirib.

Saat 19:00 radələrində suda hərəkətsiz vəziyyətdə duran F. Əhmədovu görən turistlər dərhal polisə məlumat veriblər. Sahildəki xilasedicilər 1954-cü il təvəllüdlü F. Əhmədovun cəsədini sahilə çıxarıblar. Həkimlər onun həyatını itirdiyini müəyyənləşdiriblər. F. Əhmədovun ölüm xəbərini alan qızı və yaxınları çimərliyə gəliblər. Onun yaxşı üzə bilmədiyi də məlum olub.

F. Əhmədovun həyat yoldaşının da keçən il Antalyada həyatını itirdiyi üzə çıxıb. Polis olayla bağlı araşdırmaya başlayıb.