» » » TƏCİLİ! Ömürlük məhbuslara AZADLIQ

TƏCİLİ! Ömürlük məhbuslara AZADLIQ

TƏCİLİ! Ömürlük məhbuslara AZADLIQ

Vaxtilə ölüm hökmünə məhkum edilmiş, 1998-ci ildə cəzası ömürlük həbslə əvəzlənmiş bir qrup dustağın müraciəti parlamentdə müzakirə olmuşdu. Onlar məhkum edildikləri dövrdə ömürlük həbsin olmadığını əsas gətirərək cəzalarının müddətli (15-20 il) həbs cəzası ilə əvəzlənməsini tələb etmişdi. Zaman-zaman Milli Məclis də Cinayət Məcəlləsinə dəyişiklikləri müzakirə edən deputatlar ömürlük məhbusların məsələsinə də toxunub.

Qeyd edək ki, 1998-ci il fevralın 10-da Milli Məclisin qəbul etdiyi qanunla ölüm hökmü ləğv olunub, vaxtilə ölümə məhkum edilmiş şəxslərin cəzası ömürlük həbslə əvəzlənib. Avropa Şurası 2007-ci ildə Azərbaycan hökumətinə ölüm cəzasının ləğvindən sonra ömürlük məhbusa çevrilmiş şəxslərin cəzalarının yumşaldılmasını tövsiyə edib. Yerli hüquq müdafiəçiləri də həmin məhkumların cəzasını 15, 20, 25 illik həbslə əvəzləməyə çağırır. Məhbuslar özləri də hesab edir ki, cinayət qanununun zamana görə qüvvəsi hüquq prinsipinə və 2000-ci il sentyabrın 1-nə qədər qüvvədə olmuş Cinayət Məcəlləsinə əsasən, onlara 15 il azadlıqdan məhrumetmə cəzası kəsilməli, ya da prezidentin əfv sərəncamı qaydasında 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası verilməlidir.

Qanunvericilik ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin cəzasını müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsinə imkan versə də, bunun tətbiqi praktikada ya azdır, ya da ki, ümumiyyətlə, yoxdur.
"Məhkəmələr sifarişlə işləyir"

Ucarliyiq.biz-ın məlumatına görə, "Hüquqi dövlət" Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov bildirib ki, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin cəzasını müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsinə qanunvericilik imkan verir: "Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxsin özü və yaxud vəkili məhkəməyə müraciət edə bilər. Hər bir halda məhkəmə bunu araşdırmalıdır. Əgər kifayət qədər əsaslar varsa, məhkəməhəmin şəxsin cəzaçəkmə müəssisəsində davranışı, islah olunması və digər hərəkətləri barədə rəy alacaq. Məhkəmə bunu mümkün hesab etsə, ömürlük azadlıqdan məhrumetmə cəzasını müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi barədə qərar çıxara bilər. Qanunvericiliyimiz belə bir proseduranı həyata keçirməyə imkan verir.

Azərbaycanda hər bir şey mümkündür. Mərhum prezident Heydər Əliyevin vaxtında ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Müzamil Abdullayevin cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edildi. O, 1994-cü ilin fevralından sentyabrına qədər kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. 1996-ci ildə vətənə xəyanət ittihamı iləəvvəlcə ömürlük azadlıqdan məhrum edilib. Sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə əfv fərmanı ilə azadlığa buraxılıb. Əgər mövcud siyasi hakimiyyət məhkəməyə göstəriş versə, məhkumun barəsində ömürlük cəza müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər. Azərbaycanda müstəqil məhkəmə yoxdur, məhkəmələr sifariş əsasında fəaliyyət göstərir".

Hüquqşünas ömürlük azadlıqdan məhrumetmə cəzasının Cinayət Məcəlləsinin 57-ci maddəsinə görə tətbiq edildiyini də bildirib:

"57.1. Ömürlük azadlıqdan məhrumetmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.

57.2. Ömürlük azadlıqdan məhrumetmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə təyin edilmir.

57.3. Məhkəmə, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrumetmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrumetmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.

57.4. Bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan məhrumetmə cəza növü on beş ilədək müddətə azadlıqdan məhrum etmə iləəvəz edilə bilər.(Cümhuriyət)