» » » Sərhəddə 1,6 milyonluq QAÇAQMAL

Sərhəddə 1,6 milyonluq QAÇAQMAL

Sərhəddə 1,6 milyonluq QAÇAQMAL

Bu ilin avqust ayı ərzində dövlət sərhədini pozduqlarına görə 51 halda 67 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Ucarliyiq.biz-a verilən məlumata görə, onların 29 nəfəri Azərbaycan, 7 nəfəri Qana, 5 nəfəri İran, 5 nəfəri Özbəkistan, 4 nə­fəri Nigeriya, 3 nəfəri Rusiya, 3 nə­fəri Banqladeş, 3 nə­fəri Ukrayna, 2 nəfəri Gürcüstan, 2 nəfəri Moldova, 2 nəfəri Türkiyə, 1 nəfəri Pakistan və 1 nəfəri Əfqanıstan vətəndaşı ol­ub.

Bundan başqa, sərhəd rejim qaydalarını pozduqlarına görə 1123 halda 1706 nəfər, o cüm­lə­dən yaşıl sərhəddə 13 halda 21 nəfər, Xəzər dənizində 32 halda 48 nəfər, sərhəd nəzarəti məntəqələrində 1637 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Məlumatda deyilir ki, cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­baycanın hüquq-mühafizə orqanları tərəfindən axta­rışda olan 398 nəfər aşkar­lanaraq aidiyyəti orqanlara təhvil verilib.

Ötən ay ərzində həmçinin narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 143 kiloqram 672 qram narkotik maddə aşkar edilərək götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçiril­miş tədbirlər nəticəsində isə 62 halda ümumi dəyəri təq­ribən 1 milyon 603 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd tüfəng, 1 ədəd pnevmatik tapança, 1 ədəd siqnal tapançası, 92 ədəd müxtəlif kalibrli patronlar, 8 ədəd tank əleyhinə mina, 74 000 Azərbaycan manatı, 11 200 ABŞ dolları, 650 700 Rusiya rublu, 4 181 500 İran rialı, 10 200 qutu müxtəlif markalı siqaret, 137 ədəd mobil telefon, müxtəlif növ dərman preparatları, zinət əşyaları, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Sərhəddə 1,6 milyonluq QAÇAQMAL