» » » 54 yaşlı qadının DƏHŞƏTLİ ölümü

54 yaşlı qadının DƏHŞƏTLİ ölümü

54 yaşlı qadının DƏHŞƏTLİ ölümü

Şamaxıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qəzası baş verib.

Bakı-Şamaxı-İsmayıllı yolunun 123-cü kilometrliyində Yevlax rayon sakini Şəhriyar Bağırzadə idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə yolu keçən piyada, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Məmmədova Zöhrə Məhərrəm qızını vurub. Z. Məmmədova ağır bədən xəsarətləri ilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.(apa)