» » » DİQQƏT! Aclıq aksiyası keçiriləcək - Prokurorluğun qarşısında

DİQQƏT! Aclıq aksiyası keçiriləcək - Prokurorluğun qarşısında

DİQQƏT! Aclıq aksiyası keçiriləcək - Prokurorluğun qarşısında

Sabahdan etibarən bir qrup vətəndaş Baş Prokurorluğun qarşısında aclıq aksiyasına başlayacaq. Xeyli vaxtdır ki, Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirən 15 şikayətçi bu dəfə bunanın önündə açlıq aksiyası keçirməyi qərarlaşdırıblar.

Ucarliyiq.biz bildiri ki, bu barədə məlumatı Cebhe.info şikayətçilər verib. Onların dediyinə görə, illərdir problemlərinə biganə münasibətdən, məsələrə qeyri-obyektiv yanaşılmasından və məhkəmələrin işə düzgün baxmamasından şikayətçidirlər. Artıq döymədikləri qapı, üz tutmadıqları dövlət qurumu qalmayıb. Problemləri isə həll olunmamış qalıb:

"Sabah saat 10:00-dan etibarən açlığa başlayırıq. Dözə bilmirik artıq bu haqsızlığa... Bəlkə ölsək çoxlarının canı dincələr. Nə qədər olar axı? Xarici ölkələrdəki səfirliklərə qədər gedib çıxmışıq. Məsələlərimizə niyə baxmırlar, niyə öz vətəndaşlarına qarşı bu qədər biganədirlər. Elədirsə, biz sonadək dirənəcəyik".

Qeyd edək ki, bu şikayətçilər fevralın 3-də Baş Prokurorluğun qarşısında əyinlərinə kəfən geyinərək etiraz etmişdilər. Daha sonra Gürcüstan və Türkiyədəki nümayəndəliklərimizə də üz tutublar. Dəfələrlə Baş prokuror Zakir Qaralovun qəbuluna düşmək istəsələr də buna nail ola bilməyiblər.