» » » Bakıda sevgililər damda qucaqlaşıb öpüşdükdən sonra...- VİDEO - FOTO

Bakıda sevgililər damda qucaqlaşıb öpüşdükdən sonra...- VİDEO - FOTO

Bakıda sevgililər damda qucaqlaşıb öpüşdükdən sonra...- VİDEO - FOTO

Bakıda çoxmərtəbəli evin damında ekstrim sevgi macərasi yaşanıb.

Bakıda iki nəfərin ekstrim sevgi hissi yaşamaq istəyi onları təhlükəli addım atmağa sövq edib. Belə ki, gənc oğlan və qız paytaxtın Nizami rayonu Qara Qarayev prospektində, metronun "Koroğlu" stansiyasının üzərindəki yol qovşağının yaxınlığındakı binalardan birinin damına çıxaraq məhəbbətlərini bölüşməyə çalışıblar.

Əvvəlcə qucaqlaşıb öpüşən sevgililər daha sonra doqquzmərtəbəli binanın damının lap kənarında ayaqlarını sallayaraq xeyli söhbət ediblər.

Bir müddət beləcə həzz yaşayan cütlük daha sonra heç nə olmamış kimi rahatca damdan aşağı enib.

Milli.Az baş vermiş həmin maraqlı hadisənin bəzi foto və video kadrlarını təqdim edir.