» » » Kür 20 yaşlı qızı apardı-YENİLƏNİB

Kür 20 yaşlı qızı apardı-YENİLƏNİB

Kür 20 yaşlı qızı apardı-YENİLƏNİB

Kür çayında batan şəxsin kimliyi məlum olub.

Kürün Sabirabad rayonu ərazisindən keçən hissəsində batan şəxs rayonun Narlıq kənd sakini, 1996-cı il təvəllüdlü Qəhrəmanova Sevanə Polad qızıdır.

Hazırda axtarışlar davam etdirilir.

09:49

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonunun Narlıq kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Ucarliyiq.biz FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar və vətəndaşın axtarışlarına başlanılıb.